Ermənistanda koronavirusa yoluxanların sayı 1 291 nəfərə çatdı

img

19-04-2020 [11:56]


Ermənistanda ötən gün ərzində daha 43 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında bildirilir.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 290 nəfəri ötüb.

"Ermənistanda koronavirusa 1 291 yoluxma təsdiq edilib. 545 pasiyent sağalıb, 20 xəstə ölüb”, - mərkəzdən bildirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 726 nəfər müalicə edilir, 12 680 test keçirilib.

Ermənistanda COVID-19-a qarşı mübarizə üçün martın 16-dan 14 maya qədər fövqəladə vəziyyət elan edilibReport. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA