"Televiziya üçün hər şey ediləcək” - Tramp

img

17-04-2020 [11:34]


“Əvvəlcə yarışların əksəriyyəti azarkeşsiz keçiriləcək. Buna görə də televiziya üçün hər şey ediləcək”.

Bunu ABŞ Prezidenti Donald Tramp ölkədə mövsümün bərpa olunacağı dövrdən sonrakı fəaliyyət barədə danışarkən deyib. 

Tramp azarkeşlərin stadionlara gələcəkdə qayıda biləcəklərini söyləyib: “Əvvəlcə onları iki oturacaqdan bir yerləşdirməyimiz lazım ola bilər. Sonra arenaları doldurmaq istəyirik. Virus getdikdən sonra belə olacaq, idman tədbirləri əvvəllər olduğu kimi baş tutacaq. Müəyyən bir dönəmdən sonra virus gəlməmişdən öncəki vəziyyətə qayıdacağıq”.

Qeyd edək ki, dünyadakı bir çox idman yarışı koronavirus pandemiyasına görə dayandırılıb və ya təxirə salınıb. ABŞ-da 678 210 nəfər virusa yoluxub. Dünyada bu xəstəlikdən ən çox ölüm hadisəsi də bu ölkədə baş verib – 34 641. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA