ÜST rəsmisi: "Biz hələ də fırtınanın ortasındayıq"

img

16-04-2020 [15:51]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə, Ukrayna, Belarus, Böyük Britaniya və Rusiyada koronavirusa yoluxma hallarının artdığını, qarşıdan gələn həftələrin infeksiyanın yayılması baxımından həlledici olacağını bildirib.

Bu barədə ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bəzi bölgələrdə yoluxma hallarının azaldığını, bəzilərində isə hələ də yüksəldiyini vurğulayıb.

H.Kluge koronovirusla mübarizədə hələ də qələbə əldə edilmədiyini vurğulayıb: “Xətaya yol verməyin. Yaz havasına baxmayaraq, biz hələ də fırtınanın ortasındayıq”.

ÜST rəsmisi normal həyata dönüləcək vaxtın məlum olmadığını da qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA