Dövlət Agentliyi kompüter alışı və ofis təmirinə 4.7 milyon, müşahidə kamerasına isə 412 min manat xərcləyəcək - Tenderi udanlar kimlərdir? 

img

16-04-2020 [15:25]


Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC ümumi dəyəri 9 837 213 manat olan 3 tenderə yekun vurub.

"Report" bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, şirkət kompüter avadanlıqları və ehtiyat hissələri üçün "ST Tech" MMC-yə 4 717 876 manat, inşa olunan yaşayış komplekslərində videomüşahidə sistemlərinin quraşdırılması və genişləndirilməsi üçün yeni də həmin şirkətə 412 112 manat, Bakının Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksində ofisin təmiri üçün isə "İdeal TM" MMC-yə 4 707 225 manat ödəyəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR