İngiltərədə koronavirusdan ölənlərin sayı 12 868 nəfərə çatıb

img

15-04-2020 [19:31]


Yeni növ koronavirus (Covid-19) pandemiyasının geniş şəkildə yayıldığı İngiltərədə ölənlərin sayı durmadan artır.

Mia.az xəbər verir ki, son sutka ərzində ölkədə 761 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bununla da İngiltərədə koronavirusdan ölənlərin sayı 12 868 nəfər olaraq açıqlanıb.

Qeyd edək ki, sözü gedən ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 603 nəfər də artaraq 98 476-a çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA