Tramp ÜST-ü hədəfə aldı, yardımı dayandırdı: "Həqiqəti gizlədiblər və..."

img

15-04-2020 [10:26]


ABŞ Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırır.

Mia.az "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ÜST koronavirusla bağlı məlumatları vaxtında verməyib və həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA