Cənubi Sudanda sarı qızdırma epidemiyası "alovlana" bilər

img

14-04-2020 [16:59]


Cənubi Sudanda sarı qızdırma epidemiyası "alovlana" bilər.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Məlumata görə, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırmaya rast gəlinib.

Bildirilib ki, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə səbəb ola bilər.

Qeyd edək ki, xəstəliyin endemik ocağı Afrika hesab edilir. ÜST-nin məlumatına görə, bu xəstəliyə ildə 200 minədək insan yoluxur, onlardan 30 mini ölür.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA