Avropa İttifaqının büdcə qalığı koronavirusla mübarizəyə xərclənəcək

img

14-04-2020 [16:29]


Avropa İttifaqı (Aİ) 2020-ci il büdcəsiin qalığını koronavirus (COVID-19) pandemiyası və onun nəticələri ilə mübarizəyə sərf edəcək. 

“Report” xəbər verir ki, bunun üçün Aİ Şurası cari ilin büdcəsinin dəyişdirilməsini nəzərdə tutan iki təklifi qəbul edib.

Dəyişikliklərdən sonra büdcənin məxaric hissəsinin 3,57 milyard avro artırılaraq 172,2 milyard avroya, mədaxil hissəsinin isə 1,6 milyard avro artırılaraq 155,2 milyard avroya çatdırılacağı bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR