Tarix yazan “Qarabağ”... - İndidən 20 milyon avro və...

img

28-08-2025 [00:34]


UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsini keçən “Qarabağ” Futbol Klubu (FK) hazırda növbəti mərhələ üçün baş tutacaq püşkatmada 4-cü zənbildə yerləşir.

Mia.az xəbər verir ki, avqustun 28-də UEFA qərargahında püşkatma başlayacaq və “Qarabağ”ın növbəti turdakı rəqibi bəlli olacaq.

Ümumiyyətlə, öz tarixində “Qarabağ” 8 ildən (2017) sonra 2-ci dəfə Çempionlar Liqası kimi yüksək mərhələyə keçmək şansı əldə edib.

Digər tərəfdən, bu dəfəki Avroliqa seriyasını “Qarabağ” uğurla başlayıb: keçirdiyi 5 oyundan heç birini uduzmayıb.

Qeyd edək ki, Ağdam klubunun olduğu püşkatma zənbilində həmçinin “Qalatasaray”, “Kayrat”, “Atletika” və digər klublar yer alıb.

“Qarabağ” keçilməsi mümkün olmayan rəqiblərlə üzləşə bilər və bu bugünki oyunun analizi göstərir ki, hazırkı taktika və psixoloji hazırlıqla “Qarabağ” növbəti səddi keçməyə bilər. Öz zənbilindən və digər zənbillərdəki zəif rəqiblərdən xal toplaya bilsə, “Qarabağ”ın vəziyyəti daha rahat olar. Məsələn, öz zənbilindəki ən azı 3 komandadan 10 xal ala bilsə, böyük avantaja malik olacaq.

Ümimiyyətlə, rəqibin ilkin qolundan sonra köhlən atların stressi açıq görünür. Topa sahibliyi tez-tez itirirlər, uzunmüddətli topu saxlaya bimirlər, qapıya sərrast atışlar olmur və ən əsası isə ötürmələr dəqiq olmur. Bu oyunun şəksiz xilaskarları əlbəttə ki, Nəriman Axundzadə və qapısı Mateus Koxalski idi. Koxalsinin qapı xəttində diribaş tərpənməsi nəticəsində “Qarabağ” uddu, - desəm, məncə, mübaliğə etmərəm.

İkinci hissənin 71-ci dəqiqəsindən sonra rəqibin üstünlüyü tamamilə ələ alması isə “Qarabağ”ın müdafiəyə oturması və qol buraxması ilə nəticələndi. Hazırda UEFA statistikasında oyunda üstün mövqelərə sahiblik baxımından 55 faiz yüksək nəticə ilə “Farentsvaroş” qeyd olunur. Bu isə o deməkdi ki, “Qarabağ”ın oyunda sadəcə, şansı yüksək olub. 

Bu mərhələyə keçməklə “Qarabağ” həm də büdcəsini gücləndirib: Liqa qrup mərhələsi üçün klub 20 milyon avro qazanıb.

Dünən həmçinin Ağdam klubunun prezidenti Tahir Gözəlin ad günüydü və belə demək olar ki, “Qarabağ”ın qələbəsi onun ad gününə hədiyyə oldu.

Kim nə deyir desin, “Qarabağ”ın qələbəsinə kölgə salmamaq niyyətindən tamamilə uzaq səmimi adam kimi, stadionun vəziyyətindən narazılığımı deməyə məcburam. Oyun öncəsi stadionu sulayıb gölməçəyə dondərmək görəsən kimin ideyası olub? Belə hallar UEFA standartları ilə heç uyğunlaşmır və hər kəs bunun fərqindədi deyəsən.

Lazımdı ki, sadəcə, detallara diqqət edək.

Zülfiyyə Mustafayeva
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR