İspaniyada 26 672 tibb işçisinə koronavirus diaqnozu qoyulub

img

14-04-2020 [15:51]


İspaniyada 26 672 tibb işçisinə koronavirus diaqnozu qoyulub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İspaniya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, onların bir qısmi sağalaraq işinin başına dönüb.

Qeyd edək ki, İspaniyda koronavirusdan ölənlərin sayı 18 056-ya çatıb. Krallıqda 172 541 nəfər isə infeksiyaya yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA