DİN RƏHBƏRİ İSTEFA VERDİ: "Ərdoğan məni bağışlasın..." - İstefanın tam MƏTNİ + Rəsmi reaksiya

img

12-04-2020 [22:55]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb:

"Bizim nazirimiz istefa haqqında ərizəni Prezidentimizə təqdim etdi. (Ərdoğan) Bildirib ki, bu tələbi münasib hesab etmir”, - rəsmi məlumatda qeyd edilir.

“Daxili işlər nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək" 

***

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu gözlənilmədən istefa verdiyini bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, karantin rejimi müddətində baş verən bəzi xoşagəlməz görüntülərdə özünü günahkar sayaraq, bu addımı atmaq məcburiyyətində qaldığını bildirib.

MİA.AZ "Həyatımın sonuna qədər sadiq qalacağım Prezidentimiz Ərdoğan məni bağışlasın" deyən nazirin istefa açıqlamasını olduğu kimi təqdim edir:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA