İspaniyada COVID-19 diaqnozu qoyulan 16 972 nəfər dünyasını dəyişib

img

12-04-2020 [14:44]


İspaniyada COVID-19 diaqnozu qoyulan 16 972 nəfər dünyasını dəyişib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, son 24 saat ərzində 619 xəstə koronavirusdan dünyasını dəyişib.

Virusa yoluxanların sayı 166 019 nəfərə (son sutka ərzində 4 167 nəfər) çatıb, onlardan 62 mini sağalıb.

Təkcə İspaniyanın paytaxtı Madrid şəhərində 46 600 nəfərin koronavirus testi müsbət çıxıb, 6 300 xəstə ölüb. 

Kataloniya muxtar vilayətində isə 34 min yoluxma, 3 400 ölüm qeydə alınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA