Tramp eyni anda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edib - ABŞ tarixində bir ilkə imza atıldı 

img

12-04-2020 [09:41]


ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib.

Mia.az  RİA “Novosti”yə istinadlan xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib.

O, özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib. 

"Tarixdə ilk dəfə prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir", - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071 nəfər ölüb.

ABŞ COVID-19 infeksiyası qurbanlarının sayına görə İtaliyanı qabaqlayaraq dünyada birinci yerə çıxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA