"Neftin qiymətinin 45-55 dollar arasında olması ABŞ, Səudiyyə, Rusiya və digər ölkələr üçün də ideal səviyyədir" - SOCAR rəsmisi

img

10-04-2020 [14:36]


“İnanırıq ki, neftin bir barelinin qiymətinin 45-55 ABŞ dolları arasında olması ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya ilə yanaşı, digər ölkələr üçün də ideal səviyyədir".

Bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

O qeyd edib ki, bu qiymətlər neft hasil edən ölkələrin hamısı üçün uyğun qiymət ola bilər: “Amerikanın hasil etdiyi şist neftinin bir barelinin maya dəyəri 30-35 ABŞ dolları məbləğindədir. Onlar da optimallaşdırma həyata keçirdilər. Buna görə də 45-55 ABŞ dolları arasında qiymətlər hamı üçün ideal səviyyə olar”.

“SOCAR Turkey”in baş icraçı direktoru neft hasilatının azaldılması ilə bağlı məsələyə də münasibət bildirərək qeyd edib ki, COVİD-19 pandemiyasının təsirini nəzərə alsaq, hazırda gündəlik neft hasilatının 10 mln.barel azaldılması kifayət deyil. “Bəzi ekspertlər gündəlik tələbatın 30 mln. barel azalacağını proqnozlaşdırır. Buna baxmayaraq, təbii ki, gündəlik neft hasilatında ən azı 10 mln.barel azalma olduqda, bazardakı qeyri-tarazlığın aradan qaldırılması təmin oluna və qiymətlərin sabitləşməsinə kömək edə bilər”,- Z. Qəhrəmanov əlavə edib.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR