Polkovnik Prezidenti yanında Ali Attestasiya Komissiyasını məhkəməyə verib

img

10-04-2020 [11:46]


Daxili İşlər Nazirliyinin tibb xidməti polkovnik-leytenantı Həsənov Emin Ağalar oğlu Azərbaycan Respubliksaı Prezidenti yanında Ali Attestasiya Komissiyasını məhkəməyə verib. 

“Yeni Sabah”ın məlumatına görə, məhkəmə prosesi Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Həsənov Emin Ağalar oğlu 1997-ci ildən DİN-nin A.Heydərov adına Respublika Hospitalın Stomatoloqiya Şöbəsinin rəisi vəzifəsində çalışır. Azərbaycan Tibb Universitetin “Ağız və üz çənə cərrahiyyəsi” kafedrasının disertantıdır. 

Emin Həsənovun “Yeni Sabah”a verdiyi açıqlamaya görə, Azərbaycan Respubliksaı Prezidenti yanında Ali Attestasiya Komissiyası artıq 5 ildir ki, onun tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini vermir: “Elə bu səbəbdən də onları verdim məhkəməyə. Ancaq karantin rejimi ilə əlaqədar aprel ayının 14-nə təyin olunan məhkəmə prosesi keçirilməyəcək, başqa vaxta təxirə salınacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR