İqtisadiyyat Nazirliyi: "Sahibkarlar dövlətdən azı 250 manat maliyyə dəstəyi alacaq"
08-04-2020 [12:31]
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Tədbirlər Planı 3 mərhələyə bölünüb.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ilkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakıları vergi ödəyicilərinin diqqətinə çatdırır:
Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:
- Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.
Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
- Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.
- Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.
- Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.
Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Qeyd etmək lazımdır ki, müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.
Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.
Xüsusi qeyd olunur ki, bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.
Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.
Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.
Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
- Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.
- Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.
- Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.
Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.
Qeyd edək ki, müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.
Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.
Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.
Bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)