Mətbuat Şurası BJF-nin koronavirusla bağlı jurnalistlər üçün hazırladığı tövsiyələri açıqlayıb - Detallar
06-04-2020 [22:56]
Beynəlxalq Jurnalistlər Federasiyası koronavirus (COVID-19) pandemiyası şəraitində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı tövsiyələr hazırlayıb.
Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Şura sədrinin sözlərinə görə, tövsiyələrdə bildirilir ki, infeksiyanın artan xətt üzrə inkişafı ehtimalı jurnalistlərin həm işlədikləri, həm də peşə fəaliyyətlərinin icrası üçün getdikləri yerlərdə təhlükə ilə üzləşmə riskini artırır və belə durumlarda yerli jurnalist birlikləri media təmsilçilərinin qorunması üçün konsultativ kömək göstərməlidirlər. Tərkibində 146-dan çox ölkənin 600 mindən artıq jurnalistini birləşdirən BJF də bu istiqamətdə çağırış edərək kütləvi informasiya vasitələrinin nümayəndələrini həkimlərin tövsiyələrinə həssas yanaşmağa, öz səhhətlərinin qayğısına qalmağa səsləyir:
"Azərbaycan Mətbuat Şurası indiyədək jurnalistlərə koronavirus təhlükəsi zamanı peşə vəzifələrini yerinə yetirmələrinə dair tövsiyələr ünvanlayıb. Şura BJF-nin açıqladığı sənədin KİV-lərə dəstək baxımından əhəmiyyətliliyini və vacibliyini nəzərə alaraq, onun ölkəmizdəki mövcud jurnalistika fəaliyyəti üçün aktual hissələrini diqqətə çatdırır:
1. İş yerində sağlamlıq
KİV rəhbərləri koronavirus təhlükəsini səhiyyə sahəsindəki böhran kimi qəbul etməklə, bu böhranın öz kollektivlərinin təhlükəsizliyinə təhdid olduğunu bilməlidirlər və əməkdaşları qarşısında öhdəlikləri yerinə yetirməlidirlər;
KİV-lər, media təşkilatları ən son informasiyaları izləməli, hadisələrdən ciddi şəkildə xəbərdar olmalı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilmiş tövisyə və tələblərə əməl etməlidirlər (https://www.who.int/…/novel-coronavirus-2…/advice-for-public);
Mümkün qədər evdən işləmək praktikasına üstünlük verilməlidir. Bununla iş yerlərində yoluxma riskini azaltmaq mümkündür;
Jurnalistlər və KİV əməkdaşları özlərinin təhlükəsiz şəraitdə işləmələrilə bağlı rəhbərliklərinə təkliflər verməli, bununla da redaksiyalarda infeksiya riskini azaltdıqlarını düşünməlidirlər;
KİV redaksiyaları, eyni zamanda oradakı avadanlıqlar müntəzəm şəkildə dezinfeksiya edilməlidir. Xüsusən də bir neçə əməkdaşın birlikdə çalışdığı otaqlara diqqət yetirilməlidir;
2. Jurnalistlərin redaksiya tapşırığı ilə getdikləri yerlərdə təhlükəsizliyi
Nəzərə alınmalıdır ki, infeksiya şəraitində redaksiya tapşırığı ilə harasa getmək, yaxud ezamiyyətdə olmaq KİV əməkdaşlarının özləri və ailələri, onları işə götürənlər üçün ciddi narahatlıq doğuran məqamdır. Buna görə də ezamiyyənin və ya digər redaksiya tapşırığının zəruriliyi açıq müzakirə edilməli, əsaslandırılmalıdır. Bu zaman sağlamlığı tam qaydasında olan əməkdaşların seçiminə, göndəriləcək jurnalistin həmin ankı sağlamlıq durumuna ciddi diqqət yetirilməlidir;
KİV əməkdaşları öz həyatlarını və təhlükəsizliklərini əsas tutaraq, heç bir ixtisar və ya işdən çıxarılma riskini düşünmədən koronavirus təhlükəsinin olduğu yerlərdə işləməkdən, bununla bağlı ezamiyyətə göndərilməkdən imtina edə bilərlər;
Ezamiyyətə və ya digər redaksiya tapşırığına yollanmalı olan KİV əməkdaşları müvafiq hakimiyyət orqanlarının mövcud məhdudlaşdırıcı tədbirlərini nəzərə alaraq, özlərinin iş planlarını tərtib etməli, xüsusən də ölkə, rayon, şəhər ərazisini tərk etmə məsələsinə həssas yanaşmalıdırlar;
Jurnalistin redaksiya tapşırığı ilə getdiyi yerin infeksiya təhlükəsi cəhətdən durumu, eləcə də sərbəst toplaşmaq və digər imkanları ciddi şəkildə əvvəldən nəzərə alınmalıdır;
Peşə vəzifəsinin icrası ilə əlaqədar olaraq ölkə ərazisini tərk edən jurnalislər öz səhhətləri ilə bağlı tələb olunan öhdəlikləri yerinə yetirməlidirlər, bunun üçün zəruri tibbi prosedurlar həyata keçirilməli, mövcud istiqamətdə həkimlərlə məshəhətləşmələr aparılmalıdır. Xüsusən təyyarə reyslərindəki dəyişikliklərdən sığortalanma müstəsna əhəmiyyət daşıyır. Bu məqsədlə aviakompaniyalarla müntəzəm əlaqələr saxlanılmalı, bütün detallar dəqiqləşdirilməlidir. Redaksiyarın belə durumlarda əməkdaşlarının həyatlarının sığortalanmasına yönələn əlavə tədbirlər görməsi də arzu olunandır;
KİV əməkdaşları maska, əlcək və digər zəruri gigiyenik vasitələrlə təmin edilməlidir. Tam mümkündür ki, onların getdikləri yerlərdə bu ləvazimatlar tapılmasın;
3. Koronavirus infeksiyasının yayıldığı yerlərdə jurnalist fəaliyyətinin xüsusiyyətləri
Jurnalistlər və KİV əməkdaşları bilməlidirlər ki, səhiyyə müəssisələrində və koronavirus infeksiyası riski olan digər müəssisələrdə yoluxmadan uzaq qalmaq üçün təhlükəsizlik qaydalarına xüsusi riayət etmək lazımdır;
Jurnalistlər bilməlidirlər ki, yoluxma riski heyvanlarla kontaktda olarkən də artır. Belə durumlarda da gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalıdır;
Jurnalistlər, KİV-lər ünsiyyət saxladıqları sahə ekspertləri və digər şəxslərlə mümkün qədər onlayn əlaqə saxlamağa, onlayn intervyulər hazırlamağa çalışmalıdırlar, sosial məsafəyə ciddi diqqət yetirməlidirlər;
Telekanallar studiya proqramlarında iştirak məsələsində telefon əlaqəsinə və video əlaqə vasitələrinə üstünlük verməklə şəxslərin fiziki iştirakçılığı praktikasından uzaq dayanmalıdırlar. Şəxslərlə intervyular götürülərkən mikrafonlara məsafə saxlayan qurğular quraşdırılmalıdır;
Jurnalistlər virusun yayılmaması üçün həyata keçirilən tədbirlər, həmçinin ayrı-ayrı şəxslərin özlərinin virus dayşıyıcıları olmalarını bildirmələri zamanı yarana biləcək anlaşılmaz durumlara, habelə intizamsızlığın yaranması hallarına hazır olmalıdırlar;
Jurnalistlər çox tez-tez tətbiq edilən yeniliklərlə, məhdudiyyətlərlə tanış olmaq üçün xəbərləri müntəzəm izləməli, virusdan qorunmaq üçün nəzərdə tutulan ictimai təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edərək fəaliyyət göstərməlidirlər;
Jurnalistlərin müxtəlif yerlərə səfərləri üçün məhdudiyyətlərin olması, yaxud lentə alınmış video görüntülərin silinməsi mümkündür. Onların belə hallara hazırlıqlı olmaları və işlərini bunu nəzərə alaraq qurmaları zəruridir".
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR