Mətbuat Şurası xüsusi rejim dövründə KİV-in fəaliyyətinə dair tövsiyələr hazırlayıb - Detallar
31-03-2020 [16:41]
Azərbaycan Mətbuat Şurası KİV-in xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələrini açıqlayıb.
Mətbuat Şurasından Mia.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 30-da keçirilmiş iclasında koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərlə bağlı qərar qəbul edib. Azərbaycan ərazisində xüsusi rejimin tətbiqini nəzərdə tutan bu qərarda tələb və tövsiyələrə mütləq qaydada əməl olunması şərti ilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən istiqamətlər içərisində kütləvi informasiya vasitələrinin də adı çəkilir.
KİV koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı aparılan işlərin mühüm təbliğatçıları olmaqla yanaşı, cəmiyyətdə xəstəlik təhlükəsinə qarşı məsuliyyət hissinin gücləndirilməsinə yönələn maarifləndirici işlər də həyata keçirməkdədirlər. Bu fəaliyyət son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, media orqanlarımız öz işlərinə intizamlı yanaşmaqla, jurnalistikanın funksiya və vəzifələrinə, həmçinin peşələrinə sadiqlik nümayiş etdirilər.
Azərbaycan Mətbuat Şurası bütün bunları yüksək qiymətləndirir və xüsusi rejim şəraitində KİV-lərin fəaliyyətinin daha da səmərəli qurulması üçün aşağıdakı məqamlara diqqət yetirilməsinini vacib sayır:
- Jurnalistlərin üzərilərində şəxsiyyət vəsiqələrini və redaksiyaların onlara verdiyi vəsiqələri götürmələri;
- Jurnalistlərin redaksiya tapşırıqlarına əməl etmələri. Bununla bağlı konkretliyin müəyyənləşdirilməsi və qorunması;
- Ehtiyac hiss edildikdə, jurnalistə verilən redaksiya tapşırığının redaksiya tərəfindən rəsmi qaydada təsdiqlənməsi. KİV rəhbərləri bu zərurətin yarana bilmə ehtimalını düşünməli və müvafiq addımlar atmalıdırlar. Nəzərə alınmalıdır ki, bu, jurnalistlərin işinin səmərəliliyinə təminat baxımından mühüm əhəmiyyət daşıyır;
- KİV rəhbərlərinin jurnalistlərin koronavirus infeksiyasına yoluxmamaları üçün müəyyənləşdirilmiş qaydalara ciddi əməl etmələrinə həssas yanaşmaları. Xüsusən də xəstəxanalara, poliklinakalara və koronavirus xəstələrinin olduqları karantin zonalarına gedən əməkdaşların təhlükəsizliyi məsələsini nəzarətdə saxlamaq;
- Koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və digər dövlət qurumlarının məlumatlarından istifadə etməklə, əldə edilmiş digər bilgilərin rəsmi təsdiqinə nail olmaq. Heç bir halda dezinformasiyaların, rəsmi mənbəyi olmayan bilgilərin yayılmasına yol verməmək;
- Koronavirusla bağlı materiallar hazırlayarkən sahə ekspertlərinin seçiminə həssaslıqla yanaşmaq. Təqdim edilən materialların cəmiyyət üçün əhəmiyyətlilik dərəcəsinə diqqət yetirmək;
- İnsanlarda ruh düşgünlüyü, qorxu, stress, çaşqınlıq yaradan meylləri təbliğ etməməklə koronavirus təhlükəsinin bəşəriyyət üçün bəla mahiyyətinə aydınlıq gətirən, bununla bağlı cəmiyyəti düşündürən, mübarizə əzmi və ciddi məsuliyyət hissi aşılayan materialların təqdimatı.
Azərbaycan Mətbuat Şurası həmçinin bildirir ki, Şuranın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə də diqqət yetirir. Bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilirb. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.
Azərbaycan Mətbuat Şurası onu da bildirir ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaqdır. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb