Ərdoğanın maşın karvanına silahlı hücum oldu - FOTO

img

27-09-2013 [12:01]


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanının İstanbulda Mustafa Kamal körpüsündən keçidi zamanı təhlükəsizliyi qoruyan polislərə atəş açılıb. Bu barədə "CNN Türk" xəbər verir.
Məlumata görə, Sabiha Gökçən hava limanından iqamətgahına doğru hərəkət edən Rəcəb Tayyib Ərdoğanın təhlükəsizliyini qoruyan polislərə bir neçə dəfə atəş açılıb, yerə yatan polislər dərhal əraziyə xüsusi-təyinatlı dəstələri çağırıblar.
Polis həmin ərazidə 7 ədəd giliz aşkar edib, atəş açan şübhəli və ya şübhəlilərin ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb (ans press).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA