"Küçələr bom-boş, təbiət bir az nəfəs almaq istəyir" - Xalq artisti ölümcül virusdan yazdı, izləyiciləri isə... 

img

27-03-2020 [14:46]


Xalq artisti Brilyant Dadaşovanın koronavirusla bağlı yazdığı status cəmiyyətdə birmənalı qarşılanmayıb.

Mia.az xəbər verir ki, müğənni tənqidlərə görə hətta şərh bölməsini bağlayıb.

Xalq artistinin həmin statusunu təqdim edirik: "Təbiət öz qucağını necə də gözəl təmizlədi. Pis insanlardan, şər-böhtanlardan, günahsız insanları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bom-boş... Təbiət bir az da nəfəs almaq istəyir. Az da olsa... Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər".

Digər xəbərlər
SON XƏBƏRLƏR