Milli Məclisin keçmiş sektor müdiri Əli Əsədova müraciət etdi: "İşləməyən əhaliyə pul yardımı verilsin" 

img

24-03-2020 [20:33]


Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sektor müdiri, YAP-ın veteran üzvü, YAP Səbail rayon ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvü, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 82, mənzil 9-da yaşayan Rahim Axundov Baş naziri Əli Əsədova müraciət edib.

Mia.az-a daxil olan müraciətdə keçmiş sektor müdiri əhaliyə maddi yardım edilməsini istəyib:

"Ölkədə tətbiq olunan karantin rejimini nəzərə alaraq, təklif edirəm ki,Dövlət Məşğulluq Xidmətində işsiz kimi (iş axtaran kimi) qeydiyyatda olan vətəndaşlara, öhdəsində olan azyaşlı uşaqların sayı nəzərə alınmaqla Azərbaycan dövləti tərəfindən ən azından martın 29-dan aprelin 29-dək olan dövr üçün bazarın tələbatına uyğun olaraq müəyyən məbləğ pul vəsaiti ayrılsın. Bu mənada qardaş Qazaxıstanın nümunəsi təqdirəlayiqdir".

Sabiq sektor müdiri bildirib ki, hazırda o və həyat yoldaşı işsiz kimi qeydiyyatdadır: "Öhdəmizdə 5 yaşlı uşaq var. Əvvəllər Milli Məclisdə sektor müdiri kimi çalışırdım. Amma heç bir günahım və səhvim olmaya-olmaya Milli Məclisin sabiq rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində işdən uzaqlaşdırıldım.

20 il dövlət qulluğunda iş stajına malikəm.Oqtay Əsədovun bu cür qanusuzluğu ölkəmizin demokratik imicinə zərbədir. Oqtay Əsədovun düşüncəsinə görə mənim Milli Məclisdə olmağım Azərbaycan dövlətçiliyinə təhlükə imiş.YAP-ın rəsmi olaraq veteran üzv status verdiyi adam, ən çətin anlarda Milli Məclisdə işləyib dövlət qulluğunda ölkəyə xidmət edən adam dövlətçiliyə necə təhlükə ola bilər?

Ən qatı cinayətkarla bu cür rəftar edirlər. YAP-ın veteran üzvünə, Səbayıl rayon üzrə ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvünə qarşı bu cür münasibət mürtəce münasibətdir. Mən bu münasibəti şiddətlə pisləyirəm".

Mia.az

RAHİM AXUNDOV


Digər xəbərlər
SON XƏBƏRLƏR