İtaliyada koronavirusa yoluxma və ölüm halları azalır

img

24-03-2020 [15:17]


İtaliyada koronavirusa yoluxma ilə xəstəxanaya müraciət edənlərin və bu virusdan ölənlərin sayında azalma müşahidə olunur.

İtaliyanın Səhiyyə naziri Giulio Gallera bildirib ki, mülki müdafiə və tibb işçiləri ölkədə koronavirusa yoluxma halının yarısını təşkil edən  Lombardiya bölgəsində virusa yoluxaraq xəstəxanaya müraciət edənlərin sayında azalma olduğunu müşahidə ediblər.

İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Angelo Borrelli də "La Repubblica"ya müsahibəsində deyib ki, İtaliya hökumətinin iki həftə əvvəldən etibarən həyata keçirdiyi təhlükəsizlik tədbirləri öz təsirini göstərməyə başlayır. "Yaxın vaxtlarda böyümə əyrisinin həqiqətən düzləşməyə doğru getdiyini görəcəyik", - deyə o əlavə edib.

Bununla belə, o, İtaliyada koronavirusa yoluxanların sayını əks etdirən rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini, real rəqəmlərin daha yüksək olduğunu bildirib.

Qeyd edək ki, martın 23-də son sutka ərzində İtaliyada koronavirusdan ölənlərin 602 nəfər olduğu, virusa yoluxanların isə 4789 nəfər olduğu açıqlanıb. Bu da ötən günlərlə müqayisədə daha azdır.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani də ölkəsində koronavirusa yoluxma və ölüm hallarının azalmağa doğru getdiyini açıqlayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR