51 milyon əhalisi olan ölkədə cəmi 300 nəfər testdən keçib - Onun da 2-də koronavirus çıxıb

img

24-03-2020 [11:44]


Asiya ölkəsi olan Myanmada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Reuters” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, virus 36 və 26 yaşlı iki kişidə aşkarlanb. Onların hər ikisi xaricdən səfərdən qayıdıb.

Bildirilir ki, ilk yoluxma faktı xəbərindən dərhal sonra ölkədəki supermarketlərdə uzun sıralar formalaşmağa başlayıb.

Qeyd edək ki, Myanma rəhbərliyi bütün quru sərhədləri bağlayıb və ölkədəki bütün kütləvi yığıncaqları yasaqlayıb.

Həkimlərin fikrincə, Myanmada koronavirusun yoxluğu virus testinin azlığı ilə əlaqədardır. Qeyd edilir ki, 51 milyon əhalisi olan ölkədə indiyədək yalnız 300 nəfər koronavirus testindən keçib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR