Prezidentin köməkçisi: "Virusun ölkə daxilində yayılma tendensiyası gedir"

img

23-03-2020 [22:10]


"Ölkədaxili karantinin miqyası genişlənməyə doğru gedir”.

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

“Bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda koronavirus idxal olunan bir xəstəlik kateqoriyasında gedirdi. Dövlətimiz tərəfindən preventiv şəkildə həyata keçirilən tədbirlərin bilavasitə nəticəsidir ki, son dövrə qədər Azərbaycan Respublikası bu kateqoriyada idi. Amma xəstəliyin yayılması tendensiyası onu göstərir ki, bu çox yayıcı və yoluxucu xüsusiyyətə malikdir. Ona görə də bu virusun ölkə daxilində yayılma tendensiyası gedir".

Hikmət Hacıyev deyib ki, Azərbaycanda həyata keçirilən tədbirlərin səviyyəsi məhz bu gün hələ hazırlıq və cavab tədbirləri səviyyəsində qiymətləndirilir: "O mənada ki, hələ Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyəcan siqnalı çalınmayıb. Bu da dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan Respublikasında idarəetmə sisteminin mükəmməl səviyyədə təşkilinin nəticəsidir. Azərbaycanda bu kimi fövqəladə vəziyyətlərə ölkəmizin hazırlığının mütəhərrikliyinin və cavab vermə reaksiyasının çox mükəmməl səviyyədə təşkil olunmasının bilavasitə təcəssümüdür. Hələ yanvar ayının əvvəllərində bu epidemiyanın ilkin qığılcımlarının yaranması ərəfəsində Azərbaycan zəruri hazırlıq tədbirləri həyata keçirirdi. Bütün bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR