"Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcək" - XİN-dən müraciət
21-03-2020 [19:00]
Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Bildiyiniz kimi, dünyada COVİD-19 virusu yayılmağa başladığı andan Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Hökumətimiz sistemli şəkildə qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirir, bununla yanaşı insanlar mütəmadi məlumatlandırılır.
Öz növbəmizdə biz də vətəndaş məsuliyyətimizi anlamalı və həm özümüzə, həm də ətrafımıza qarşı diqqət göstərərək evlərimizdə qalıb və yalnız zərurət yarandığında digər insanlarla kontakta getməliyik.
Vətəndaşların dərs və işinin müvəqqəti dayandırılmasının insanlararası təmasın minimuma endirilməsinə şərait yaratmasına baxmayaraq, yenə də bəzi vətəndaşlarımız bayram süfrələri təşkil edir, kütləvi olaraq bir yerə toplaşır, biri-birinə qonaq gedirlər. Qohum, tanış fərqi olmadan hər bir təmasın potensial yoluxma vasitəsi olduğunu unutmayaq və bu dövr ərzində qərar və qaydalara ciddi riayət edək.
COVİD-19 virusuna qarşı ən həssas yaşlı və xroniki xəstələr ilə münasibətdə daha diqqətli olaraq onların bizlər daxil olmaqla digər insanlarla təmasını azaltmaq zəruridir.
Təşvişə ehtiyac yoxdur, lakin dövlətimizə, eləcə də bizim üçün 7/24 çalışan insanlara dəstək olaraq tədbirli davranmaq və özünü təcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir.
Xarici ölkələrdəki vətəndaşlarımızın da hazırda olduqları ölkələrin müəyyən etdiyi karantin qaydalarına riayət etməsi vacibdir.
Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiyanın elan olunduğu bir vaxtda məlum olduğu kimi, dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçmişdir.
İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlarımıza səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur".
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)