"Necə olur ki, yenə SOCAR-la şıdırğı alver zamanı..." - Aslan İsmayılovdan Mübariz Mənsimov haqda şok iddialar
19-03-2020 [11:35]
“Mən Mübariz Mənsimovun həbsinə sevinməmişəm, elə indi də ona azadlıq arzulayıram”.
Mia.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
O, M.Mənsimovun həbsi ilə bağlı ilk açıqlamasından sonra sosial şəbəkələrdə davamlı olaraq təhqir edildiyini bildirib.
Hüquqşünasi "Palmali Hildinq"in Türkiyədə həbs olunan prezidenti Mübariz Mənsimovu müdafiə etmədiyinin səbəbini də açıqlayıb.
A. İsmayılov Mənsimovun keçmiş həyat yoldaşının vəkili olduğunu, onun haqda çox şey bildiyini, lakin onları heç vaxt açıqlamayacağını qeyd edib: “Çünki bu mənim əxlaqıma uyğun deyil”.
Daha sonra hüquqşünas yazıb:
“Məhz ona görə bu gün M.Mənsimov haqqında dəqiq bidiklərimin cüzi bir hissəsini Sizə, xüsusilə məni təhqir edənlərə sual kimi ünvanlayacam və bununla da bir daha bu söhbətə qayıtmayacam. Buna da məni Siz - "Mübarizsevənlər" məcbur etdiniz. Xahiş edirəm, əgər həqiqəti, mənim kimliyimi bilmək istəyirsinizsə buna qədər yazdıqlarımı və ünvanladığım sualların cavabını özünüz araşdırın. Günahınızı etiraf edib üzr istəyin demirəm, sadəcə Allahınız və vicdanınız qarşısında haqqımda baş verənlər barədə özünüz də düşünün:
- Əlbəttə ki, xeyriyyəçi, messenat birinci növbədə öz bölgəsində bu fəaliyyəti ilə tanınmalıdır. Xahiş edirəm ki, araşdırın, M.Mənsimova məxsus olan, indi fəaliyyət göstərməyən "PalSüd" süd emalı zavodunun Lənkəranın Boladi, Şağlaser, Vilvan, Veravul, Separadi, Zövlə, Masallının Mahmudavar, Miyonki (M.Mənsimovun ata yurdudur), Xıl, Şərəfə kəndində neçə süd tədarük edən şəxsə neçə yüz min manat 2016-cı ildən borcu qalıb və nə üçün bu günə qədər ödənilmir? Diqqətinizə çatdırım ki, bu faktları təxminən 1 ay bundan qabaq dəfələrlə şəxsi səhifəmə müxtəlif adamlar yazıb araşdırmamı və bu problemdə onlara yardım etməmi xahiş ediblər.
- Nə üçün SOCAR-la sıx əməkdaşlıq edən zamanları 23.05.2007-cü ildə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudov, 14.11.2007-ci ildə Heydər Əliyev, 08.12.2007-ci ildə Zərifə Əliyevə adına tankerləri istismara verən M.Mənsimov 2016-cı ildə SOCAR-la əməkdaşlığı pozulduqdan sonra birdən birə müxalifətçi, vətənpərvər olub 30.01.2019-cu ildə Əbülfəz Elçibəy, 07.08.2019 Məmməd Əmin Rəsulzadə tankerlərini istismara verdi?
- Necə olur ki, yenə SOCAR-la şıdırğı alver zamanı 2004-cü "Xəzər Lənkəran" futbol klubu, 2008-ci ildə "PalSüd" süd emalı zavodu yaradılır, 2016-cı ildə SOCAR-la fəaliyyətinə xitam verilən kimi dərhal ikisinin də fəaliyyəti dayandırılır? Nəzərə alın ki, uğurlu, bacarıqlı iş adamının yaratdıqları biznes təşkilatları birdən-birə eyni vaxtda bankrot ola bilməzlər.
- Necə olur ki, əslən Talış olan, böyük xeyriyyəçi M.Mənsimov qanuni oğru Rövşən Lənkaranskinin cənazəsini xüsusi təyyarə ilə Lənkərana gətirir, dəfn mərasimində iştirak edir. Elə bu hakimiyyət tərəfindən ən ağlasığmaz təqiblərə məruz qalmış, 1988-ci illər Azərbaycan Xalq Hərəkatının səmimi öncüllərindən biri, tək Talış Xalqının yox, Azərbaycan Xalqının şərəfli oğlu böyük şair Əli Nasirin 60 illik yubileyinin Bakıda təntənəli demirəm, balaca bir restoranda qeyd edilməsinə olan qadağanın qarşısını almır? Axı həmin vaxtlar M.Mənsimovun Azərbaycanda açmadığı qapı yox idi. Həmin tədbirin təşkil edilməsinə şəxsən çalışsam da buna yuxarılardan icazə verilmədiyinin özüm şahidi olmuşam. 2015-ci ildə Əli Nasir kimi bir Azərbaycan şairi demirəm, elə bir eloğlusunun dəfninə M.Mənsimov qatılmır?
- Lənkəranın Lüvəsər kəndindən olan mənə Rusiyada tək olan vaxtları böyük qardaş əvəzi olmuş, dostum rəhmətlik Fazil Quliyevə həmişə "böyük Talış xalqının böyük Talış balası" deyə müraciət etməyimin səbəbi, həm də bu cür müraciətimin onun üçün çox xoş olması ilə bağlı idi. Hələ gənc yaşlarımdan Stavropol diyarında hakim işləyən zamanı onun Talış olmağı ilə fəxr edib bunu həmişə xüsusi vurğulamağının şahidi olmuşam. Ona olan böyük hörmətim həm də bununla bağlı idi. Ona görə bu gün kiminsə Talış, Kürd, Ləzgi, Tat olmağı ilə fəxr etmədən, öz milli mənsubiyyətini yaranmış vəziyyətə uyğunlaşdırıb danaraq Türk olmağı ilə fəxr etməsinin səmimiliyinə inanırsınızmı? Şəxsən özüm buna heç vaxt inanmamışam və inanmayacam.
- Əlikram Hümbətov kimi Yerevan Universitetlərinin fəxri qonağı olan birisinin M.Mənsimovu müdafiə etməsini də təsadüfimi sayırsınız?
- Xüsusi olaraq M.Mənsimovun xeyriyyəçiliyinin niyə məhz 2016-cı ildən bütün sosial şəbəkələrdə reklam olunmağını da nəzərdən qaçırtmayın.
- Nə üçün M.Mənsimov hər dəfə məndə ona qarşı olanları ifşa edəcək sənədlər var deyib onları ictimailəşdirmir? Bu alverdə alət olduğunuzun fərqindəsinizmi?
- Sonda bu gün məni Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi tənqid etmədiyimə görə satqın adlandırıb, ən ağır təhqirlərlə ittiham edənlərin diqqətinə çatdırıram ki, bəli, İ.Əliyevi birbaşa heç vaxt tənqid etməmişəm. Ancaq M.Mənsimov kimi də onun ad günlərində, Prezident seçkilərində qazandıqları parlaq qələbələrlə bağlı şəninə təriflər deməmişəm və bununla da özümə milyardlar qazanmamışam. Azərbaycana gəldiyim 31 il ərzində bu hakimiyyətin bütün təqib sınaqlarından keçmiş, 3 dəfə cinayətkar adı qazanmış, vəkillik fəaliyyətindən iki dəfə məhrum olunmuş şəxsəm.
Budurmu Sizin ədalətiniz, düzgünlüyünüz?!
Bununla da M.Mənsimov söhbətinə son qoyub, onun tezliklə azadlığa çıxmasını arzulayıb heç bir ittihamlara, suallara cavab verməyəcəm və bundan sonra mənim üçün daha vacib olan koronavirus təhlükəsindən necə qaçmaq yollarının araşdırılması, yaranacaq iqtisadi böhrandan çıxış yolları və bu yöndə əlimdən gələni etməklə məşğul olacam. Hesab edirəm ki, bildiyim sualların çox az hissəsi olan bu suallara cavab versəniz kifayətdir. Məqsədim M.Mənsimovun onsuz da ağır olan durumunu daha ağırlaşdırmaq deyil, məni öz əxlaqlarına uyğun formada təhqir edənlərə cavab verməkdir”.
Mia.az
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO