25-09-2013 [11:51]
Hər incəsənət adamına nəsib olmur yaddaşlarda iz qoyub unudulmazlardan olsun. Müsahibim məhz iz qoyanlardan, unudulmazlardandır. Uzun illərdir onun çəkildiyi obrazları filmlərdən sevə-sevə izləyirik. Çünki güclü aktrisalıq bacarığı ilə özünə diqqət çəkməyi bacarıb. Yaratdığı Afət ("Qaynana”), Selcan ("Dədə Qorqud”), Aişə ("Alma almaya bənzər”), İradə ("1001-ci qastrol”) və digər obrazlarla adını Azərbaycan kinosu tarixinə yazdıran Rusiyanın əməkdar artisti İnarə Quliyeva ilə Moskvada görüşdük...
Mia.az Azərbaycandan, ona doğma olan Bakıdan, buradakı dostlarından küsən Azərbaycan kinosunun əvəzolunmaz aktrisalarından biri İnarə Quliyevanın simzar.az-a müsahibəsini olduğu kimi təqdim edirik:
- Azərbacan haqda nə kimi xatirələriniz qalıb?
- Ancaq neqativ xatirələr... Bakıda olarkən Mərkəzi Komitədə Kino bölümünün rəisi məni köhnə "Moskva” otelində otagına dəvət etmişdi ki, orada mənə ad vermələri üçün sənədlərə qol çəkim. Mən isə bu dəvəti rədd etdim və getmədim. Bu hadisədən sonra Bakıda mənim üçün rol tapılmadı, hamı məni unutdu və artıq 30 ildən çoxdu ki, Bakıda məni yada salan yoxdu. Mənim sevimli rejissorum, Oqtay Mirqasımov – həddindən artıq çox istəyirəm, həmçinin onun həyat yoldaşı Nailə xanım bu hadisə barədə biləndən sonra təsirlənib ağlamışdılar. Mən öz şəhərimə və öz xalqıma daha lazım olmadım. Ona görə də, mənə Bakıdan zəng vurulanda və deyiləndə ki, kimsə mənimlə göruşmək istəyir, bunu ciddi qəbul eləmirəm.
- Bakıda axırıncı dəfə nə vaxt olmusuz?
- 30 yaşım olanda. Hazırda 63 yaşım var. Yəni, tam 33 il əvvəl.
- Siz daimi Moskvada yaşayıb, Bakıya ancaq film çəkilişlərinə gəlirdiz?
- Bəli.
- Bakıda gohumlarınız var? Varsa onlarla əlaqə saxlayırsız?
- Bəli, orada qohumlarım var, lakin onlarla heç bir əlaqəm yoxdu. Babamla nənəm boşandıqdan sonra biz bütün əlaqələri kəsdik. Babamın 5 rəsmi nikahı olub və nənəm istəmirdi ki, biz onunla hər hansi bir əlaqə saxlayaq. O vaxt bizim Xəzər Dənizçiliyi binasında evimiz vardı.
- Heç Bakı üçün darıxırsız?
- Heç kəsə lazım olmadıqdan sonra Bakı üçün darıxmıram və bunu artıq reallıq kimi qəbul etmişəm. Əvvəl bu, məni çox sarsıdırdı, hətta Oqtaya məktublar yazırdım, ürəyimdəki ağrıları ifadə edirdim. Azərbaycanda 8 filmdə çəkilmişəm. 90-cı illərdə Bakıda xoşagəlməz hadisələr başlayanda cəhd göstərdim ki, dostlarımla əlaqə saxlayım. Amma təəssüf ki, rabitə işləmirdi və heç kimə zəng vurmaq mümkün deyildi. O vaxtdan heç kimlə əlaqə saxlamıram. Çünki dost-tanışlarım da mənimlə bütün əlaqələri kəsdilər və məni unutdular.
- Səbəb nə idi?
- Yəqin qorxurdular ki, Mərkəzi Komitədə Kino bölümünün rəisi bunların da işini əllərindən alacaq. Mənə Bakıdan heç bir rəsmi ad lazım deyil. Rusiyada kifayət qədər adlarım və dövlət premyeralarım var. Məni pərişan edən ancaq bir şeydi – dostlar tərəfindən dayaq lazım olanda hamı məndən üz döndərdi. Oqtayı və ailəsini çıxmaq şərti ilə. Qalanları sanki yox oldular. Oqtay və Nailə Mirqasımovlar aləsini özümə həmişə yaxın bilmişəm. Şəfiqə Məmmədova da mənim rəfiqəm olub. Rəşid Behbudov, Nəsibə Zeynalova, Rasim Balayev və sair görkəmli aktyorlarla filmlərdə çəkilmişəm və əvvəllər hamı ilə çox yaxşı münasibətlərim olub. Amma bu gün mənimlə heç kim əlaqə saxlamır. Mən də o səbəbdən heç kimi narahat etmirəm. Oqtay Mirqasımovun qızı Ayan Moskvada universitetdə oxuyanda mənə 2 dəfə zəng vurub, vəssalam. Onları özümə yaxın bilirəm, amma bilmirəm ki, onlar niyə məni itirib-axtarmırlar.
- Bakıda fəaliyyət göstərdiyiniz zamanı hər hansı qeyri-ciddi, yaxud təhqiredici təkliflər almışdız?
- Çox maraqlıdır ki, heç vaxt belə təkliflərlə rastlaşmamışam. Bakıda hamı mənə hörmətlə yanaşırdı. Yeganə məni sarsıdan və təhqir edən hadisə məhz Mərkəzi Komitədə Kino bölümünün rəisinin Moskva otelindəki otağa dəvət etməsi olub.
- Analadığım qədəriylə, Azərbaycan dilini bilmirsiz...
- Sadəcə bir-neçə söz bilirəm. Məsələn, gəl bura, otur, mən səni sevirəm. Çəkildiyim Azərbaycan filmərində səsimi həmişə dublyaj ediblər.
- "Qaynana” kinosunda ifa etdiyiniz Afət rolu demək olar ki, sizi Azərbaycan xalqına ən çox tanıdıb sevdirən və yaddaqalan roldur. Özünüzdə Afətin xarakterindən nəsə varmı?
- Sözsüz, bu obrazda mənim öz xarakterimdəki xüsusiyyətlərim də var. Amma deyim ki, Nəsibə xanımın oynadığı qaynanalar da həyatda az deyil (gülür).
- Filmin çəkilişləri vaxtı rast gəldiyiniz hər hansı gülməli, ya da maraqlı hadisələr yadınızdamı?
- Xatirəmdə ancaq xoş təəssüratlar qalıb. Gülməli hadisələr yadımda qalmayıb, amma demək istərdim ki, Nəsibə xanım hamıya qarşı həddindən artıq mülayim, gülərüz, diqqətcil və hörmətlə davranırdı.
- Necə düşünürsüz, hər hansı digər aktrisa Afət obrazını sizdən zəif oynayardı?
- Xeyr, belə ambisiyalarım yoxdur və belə düşünmürəm. Özüm özümü tənqid etməyi bacaran insanam. Azərbaycanda oynadığım filmlərin TV kanallarda indiyə kimi yayımlandığını biləndə mənimçün sürpriz oldu. Bilmirdim ki, yaratdığım obrazlar Azərbaycan tamaşaçılarının bu qədər rəğbətini qazanıb və izləməyə davam edirlər. Məlum olaydan sonra düşünürdüm ki, ya o filmləri yayımlamazlar, ya da mən olan hissələri çıxararlar. Əgər oynadığım rollar sevilirsə, onda başa düşə bilmirəm, nəyə görə məni indiyə kimi yada salan, axtaran yoxdu?
- Rusiyada yaradıcılığınız necə gedir?
- Çox yaxşı. Mən Qorki kinostudiyaında, Belorusiyada və digər respublikalarda filmlərə çəkilmişəm. Lakin 90-cı ildə Rusiya kinematoqrafiyası dağılandan sonra aktrisa və rejissor karyeramı Moskva Musiqili Operetta Teatrında davam etdirdim və bu günə kimi də davam edirəm.
- Azərbaycanda çəkildiyiniz filmlər haçansa Rusiya kanallarında yayımlanıb?
- Bəli, "Dədə Qorqud” və "Qaynana” filmləri rus dilində yayımlanmışdı. Ola bilsin ki, başqa filmlər də göstərilib, amma mənim xəbərim yoxdu.
- Şəxsi həyatınızda necə gəlin olmusuz?
- Mənim qaynanam məni çox sevirdi, hətta öz oğlundan da çox.
- Azərbaycandan yenə filmə çəkilmək təklifi gəlsə, qəbul edərsiz?
- Düşünürəm ki, yox. Açıgı, Azərbaycanda kinematoqrafiyanın və incəsənətin hazırda necə durumda oldugundan xəbərim yoxdu. Teatrımza mənim tamaşalarıma baxmaq üçün Bolqarıstandan nümayəndələr gəlmişdilər və məni Bolqarıstana işləməyə dəvət etdilər. Mən ora gedəndə, onlar mənə dedilər ki, Bakıya səfərləri olub. Onların xəbəri vardı ki, mən Bakıda 8 filmdə çəkilmişəm. Bakı barədə söhbət edəndə təəssüf ki, onlara ancaq 30 il bundan qabaqkı Bakı barədə danışa bildim.
- Anladığım qədəriylə, o vaxtkı Bakı ücün darıxırsız.
- Bəli. O vaxtkı Bakını çox sevirəm və nostalji hisslərim var. Bilirsiz ki, mən Sovet dövründə böyüyən insanam. Bu səbəbdən respublikaların bu cür ayrılmasını heç vaxt qəbul edə bilmirəm. İnsanlar özlərini milliyyətə ayırırlar. Milliyyət məsələsi məni çox narahat edir.
- Çalışdığınız teatrda hazırda nə kimi işləriniz var?
- İndiki yaşıma baxmayaraq hələ də səhnədə həm oynayıram, həm də oxuyuram. Teatrımızda mənim 11 tamaşam gedir. Şyukin adina Teatr Məktəbində də dərs deyirdim. Bir ildir özümü ancaq teatra həsr etmişəm.
- Burda qazandıgınız maaş sizi qane edir?
- Hər insan ehtiyaclarından asılıdır. Başqa teatrlara baxanda, bizim maaşlarımız yaxşıdı.
- Həyatınızda nəyəsə təəssüflənirsiz?
- Bəli, haçansa müəllimim mənə demişdi ki, sən aktrisa ola bilməyəcəksən. Çünki sözun düzünü deyən və heç kimin qabağında sınmayan bir insanam. Mənə demişdi ki, aktrisa olmaq üçün ya atan teatr direktoru olmalıdı, ya da ki, ərin baş rejissor. İndi təəssüflənirəm ki, o vaxt mənim belə bir adamım yox idi. Qabağa getməyə köməklik göstərsin. Təəssüflənirəm ki, bu vaxtadək aktrisa kimi özümü tam göstərə bilməmişəm. Atam aktrisa olmağımı heç vaxt istəmirdi və dəstəkləmirdi. O istəyirdi ki, Qərb dilləri universitetinə daxil olum. Ölənə qədər mənim tamaşalarıma baxmadı...aktrisa olmasaydım, yəqin ki, arxeoloq olardım, çünki arxeologiyaya həmişə marağım olub.
- Qohumlarınız arasında incəsənət adamı varmı?
- Bəli, dayım Aleksandr Tixonov müğənni idi. O, radio və televiziya solisti idi. Müharibə zamanı bir ayağını itirmişdi, - deyə səhnəyə çıxa bilmirdi.
- Azərbaycana, pərəstişkarlarınıza və tamaşaçılarınıza hər hansı bir arzunuz varmı?
- Mən onlara yalnız əminamanlıq arzulayıram.



Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)