"Bitməyən sevgi" - Mərhum jurnalist Fuad Musazadənin hekayəsi...
16-03-2020 [21:07]
Keçirdiyi avtomobil qəzasında faciəvi şəkildə həyatını itirən gənc jurnalis Fuad Şahin oğlu Musazadə haqqında məlumat vermişdik. (https://www.mia.az/w984116/qisa-omruyle-coxlarina-numune-olmagi-bacaran-jurnalist-fuad-musazade-fotolar-2020-02-18-184748)
Gözəl insan, səmimiyyəti, savadı və öz uğurlu peşəkar fəaliyyəti ilə onu yaxından tanıyan hər kəsin rəğbətini qazanan bu isdedadlı gənc jurnalisti həyatdan ayıran o faciədən artıq 6 ay ötür.
Ömür fanidir və insan ona bəxş edilən ömür payında etdiyi əməlləri ilə yadda qalır.
Hər bir insan malik olduğu mənavıyyatı, ağıl və düşüncələriniə istinad edən davranışları ilə bu həyatda öz şəxsi obrazını yaradır.
Ölümlü olan insanı məhs yaratmış olduğu o, mənfi və yaxud, müsbət obrazı ilə yaddaşlara yazılır, xatırlanır.
İnsan ruhunun gözəlliy mənbəyi sevgidir deyirlər və əgər filosov Əbu Turxan sözləriylə ifadə etmiş olsaq hər bir insan öz sevgisi qədərdir.
İnsanın bütün amallarında, şərəfli peşə fəaliyyətində, vətən, ailə, dosta olan münasibətlərində sevgi özünü əks etdirir.
Bəlli ki, mərhum jurnalist Fuad Musazadənin özünəməxsus müsbət obrazını yaratmağı bacardığı 31 illik şərəfli ömür yolunun hər anında, onun bütün insani keyfiyyətlərində özünü təcəssüm etdərən, üzləşdiyi bütün çətinliklərdə özünə inam, güç qaynağı olan və onun daim təbəssümlü çöhrəsini nurlandıran da məhz elə sevgiydi.
Ədəbi yaradıcılığa xüsusi meyilliyi olmasa da, "Evroviziya" mahnı müsabiqəsi üçün ingilis dilində yazdığı mahnı sözləri və "Bitməyən sevgi" adlı yazmış olduğu yeganə hekayəsində sevginin ifadəsini aydınca görmək mümkündür.
Əməllərinin çiçəklənməyə başlamış olduğu bir anında ölüm onu həyatdan qoparmasaydı, kim bilir, o, daha hansı uğurlara imza atacaq və öz ömrünə daha nələri sığdırmağa nail olacaqdır...
Bu gün isə öz qısa ömür payında dəyərli töhvələr verməyi bacaran, yaratdığı özünəməxsus müsbət obrazıyla yaddaşlara yazılan Fuad Musazadənin xoş xatirəsi onu sevənlərin yeganə təsəllisi ola bilər.
Mia.az mərhum həmkarımız Fuad Musazadənin vaxtılə qələmə aldığı "Bitməyən Sevgi" hekayəsini təqdim edir:
***
BİTMƏYƏN SEVGİ
***
Fərəc kişi həyətdə üzü baxcaya doğru əyləşib, əlindəki əsanı yerə dayamış və dərin düşüncələrə dalmışdır.
O, sanki, nə arabir güclənən güllə səslərini, nə də bayaqdan bəri onu Bakıya göndərməyə çalışan zabit oğlunun ona söylədiklərini eşidirdi. Nəhayət, bir neçə addım yaxınlığa düşən qəlpə onu düşüncələrindən ayırır.
Zabit əlini atasının çiyninə qoyur:
- Ata, niyə belə tərslik edirsən axı... kənd camatına qoşulub getmədin, heç olmasa gəl mənimlə gedək. Şəhərdən kömək gəlməlidir, bəlkə, səni də bir təhər yola sala bilbim... axı, mən əsgərlərin yanına dönməliyəm, gözüm arxada qalmasın. Səni burda necə qoyum gedim...ermənilər hər an bura gələ bilər. Qoca, körpə ayırmadan dinc əhalini gülləyələyən bədnam düşmənlərimizi özün yaxşı tanıyırsan.
Fərəc: Sən əsgərlərinin yanına dön oğul, mən öz yurd yuvamdan heç yerə gedən deyiləm. İndi tortaqlarımızın, bu el- obamızın sizin kimi oğulara ehtiyacı var. Gücüm olsaydı, elə, mən özümdə sizinlə döyüşərdim. O, dərindən köks ötürür və əliylə tutmuş olduğu əsanı əsəbi halda bir neçə dəfə yerə çırpıb sözlərinə dəvam edir, bu halda mən sənə ancaq yük olaram.
Zabit: Biz gücümüz yetdiyi, son damla qanımıza qədər düşmənin önündən çəkilən deyilik. Heyif ki, sayımız çoz azdır, əlimizdəki silah isə özün bildiyin kimi...güya şəhərdən kömək göndərməyə söz veriblər, amma, hələ də bir səs sorağ yoxdur, gələcəyindən də getdikçə ümidim azalır.
O, dərindən köks ötürərək sözlərinə dəvam edir:
-Hal hazırda orduda birlik yoxdur. Aramızda birlik olsaydı, erməıninin ayağını torpaqlarımıza basmağa qoymazdıq...birlik və orduda möhkəm qayda- qanun yaratmaq üçün milləıtimizi sevən, müdrik bir baş komandirə ehtiyacımız var.
Fərəc: Doğrudur güc birlikdədir. Torpaqlarımızın üzərini qara buludlar alıb, camat çaşqın, kimə güvənəcəyini bilmir. Bu, bəlkə də, azadlıq yolunda xalqımızın aşması gərəkən bir mərhələdir...hakimiyyət davası edənlərin maskasının düşəcəyi...gec-tez xalq öz secimini edəcək. Çox şükür ki, bu gün burda xalqımızın, sizlər kimi vətən sevgisinə canını qurban verməyə hazır mərd oğulları da var, sənin bəhs etdiyin o birliyi yaradacaq güclü və iradəli sərkərdəsi də...
Fərəc kişinin bu son söylədikləri şərəfli bir zabit olan Muradın bu son dərəcə çətin anlarında tam olaraq ehtiyac duyduğu təsəlli sözləri idi. Onun atasına döğru zillənmiş iri qonur gözlərinə bir təbəssüm işığı qondu.
Zabit: Yanılmıramsa, biz ikimizdə eyni şəxsiyyətdən bəhs edirik?
Fərəc: Elədir…mövcud qarışıqlıqdan çıxış yolunu yalnız O tapa bilər.
Zabit: Bəli, güc birlikdədir və qəbul etmək nə qədər çətin olsada bizim bu günki vəziyyətimiz ümidsizdir. Lakin, öz sinəsini sipər edərək düşmən basqınının qarşısını almaq üçün bu gün burda olan 3-5 əsgərin gözlərindəki ümid işığı son anadək sönməyəcək...
Fərəc: Eh... rəhmətlik ananın ruhu şad olsun. Səni zabit görmək onun arzusuydu...Bakıya oxumağa getdiyində necə də çox sevinmişdi. Heç toyunu da görmək ona nəsib olmadı. Zalım əcəl ananı məndən yaman tez aldı. Eh... necə gözəl günlərdi...biz gözəl ömür sürdük oğul, bu kəndin necə gözəl cağları vardı...nə o zamankı tər-təmiz sevgi-məhəbbət, nə də o möhkəm dostluqlar qalıb. Biz ananla bir-birimizi sevib evlənmişik, əhd-heymanımız vardı. O, bu həyətə gəlin gəldiyində bir birimizə söz vermişdik, bizi ölümdə ayırmayacaq...dediyim odurki, anan mənim yolumu gözləyir. İndi sən məndən onun məzarını burda tənha qoyu getməmi istıyirsən?...
Sənin torpağımızı, ata yadigarı bu yurd-yuvamızı son damla qanına qədər göz bəbəyin kimi qoruyacağını bilirəm. Odur ki, səndən bir tək istəyim qalır. O, bir qədər duruxub, sözlərinə dəvam edir: "Məni ananın yanında dəfn et, yerim orda çoxdan hazırdır".
Zabit: Ata...
Fərəc kişinin vidalaşır kimi bir halı vardı...
O, əlini oğlunun çiyninə qoyaraq, onun sözlərini kəsir:
- Məni burda gözlə, bu baba yurdumda son bir işim qaldı. O, sanki zamanından daha tez yaşlanmış və çuxura düşmüş qəmgin gözlərini son bir kəz həyətdə gəzdirir. Sonra isə anidən çevrilərək əlindəki əsanın köməyilə və bu görkəminə heç də uymayan qəribə bir cəldliklə evə doğru üz tutur.
Murad söz sahibi və ağıllı məsləhətləri ilə kəndin ağsaqqalı olan atası Fərəc kişinin bugünki inadkar davranışlarını nəinki anlayır, hətta , bunu bəlli etməsə də özlüyün də ona haqq verirdi. Lakin, atasının bəhs etdiyi “ son iş” anidən onun bərk naratçılığına səbəb oldu və o, özünü dərk etdiyindən bəri ilk kəs atasının sözündən çıxaraq, onun ardınca evə doğru addımlamağa başlayır. Bu an darvazadan iki əsgər tələsik həyətə daxil olur.
Darvazanın cırıltı səsini eşidən Murad cəld silahını çıxarıb, onlara doğru çönür:
- Cənab zabit...
Eyni anda evdən gələn güllə səsi, böyük təlaşla sözə başlayan əsgərlərin sözünü ağzında yarım qoydu.
Zabit və onun ardınca hələ vəziyyətdən heç bir şey anlamayan əsgərlər, çiyinlərin asılmış silahı çıxarıb evə döğru qaçılar.
Otağa daxil olarkən Murad baş verəcəyini təxmin etdiyi görüntü ilə qarşılaşırdı. Fərəc kişi ata yadigarı olan təklülə tüfəngi ilə qəlbinə nişan alaraq özünü vurmuşdu...
- Ata, niyə belə etdin axı...
Murad atasına doğru çökərək onun gözlərini qapayır. Sonra isə əsgərlərə bəlli etməməyə çalışdığı göz yaşlarını cəld silərək, atasının döşəmədəki rəngi solmuş nimdaş xalça üzərində uzanmış cansız bədənini qolları arasına alıb, ayağa qalxır və qamətini düzəldərək bayaqdan bəri çaşqınlıqla onu izləyən əsgərlərə üz tutur:
- Sizin nə xəbərlə gəldiyinizi təxmin edirəm... zamanımız çox azdır. Amma öncə atamı aid olduğu torpağa tapşırmalıyam...məzarlıq burda yaxındadır, cəld olaq...
Son...
Mia.az


"Ayaks"ın oyunçu: "İnanıram ki, "Qalatasaray"ı məğlub edəcəyik"
"Alt şüurda ilişib qalmış xatirə, yaxud nastolji..." - Dövlət Komitəsinin, yoxsa Agentliyin səhvi? - FOTOFAKTLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
"Beşiktaş"ın sabiq futbolçusu dönər biznesinə girişib
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
İsrail hərbçiləri İordan çayının qərb sahilində: yeni əməliyyatlar başlayıb - Həbslər var
Səlçuk İnan: "Qalatasaray"ı məğlub edəcəyik"
Kamal Kılıçdaroğlunn süqutu: ofis təhvil verildi - Türkiyə siyasətində daha bir dövr qapandı (FOTO)
"Trabzonspor"da zədəli oyunçuların sayı çoxalıb - Kamerunlu qolkiper də sıradan çıxıb
Zəfər Günü yürüşlərin olacağı küçələr - SİYAHI
Qəzzada ölənlərin sayı 68.872-yə çatıb
Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib
"Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ