İstirahət günlərində hava necə olacaq? 

img

13-03-2020 [17:49]


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında martın 14-də gecə və səhər, 15-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında bəzi yerlərdə yağış yağacağı, martın 15-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Mərkəzi aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin martın 14-də bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, martın 15-də şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA