Fərəh Əliyeva yeni komitə sədrini kollektivə təqdim etdi - FOTO
13-03-2020 [17:23]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bаhar Muradova kollektivə təqdim edilib.
Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.
F.Əliyeva B.Muradovanın keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verərək bildirib ki, Bahar Muradovanın həyatının böyük bir hissəsi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək mühüm töhfələrini verməsi ilə bağlı olub.
F.Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq ailə və gender məsələləri ilə bağlı kifayət qədər qanunların qəbul edildiyini və bu prosesdə həm Komitənin, həm də Milli Məclisin çox böyük rolu olduğunu qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək Prezidentə göstərilən etimada görə öz təşəkkürünü bildirib.
B.Muradova çıxışında gender bərabərliyi, ailə məsələləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələri qeyd edərək, cəmiyyəti və dövləti narahat edən uşaq nikahları, selektiv abortlar, məişət zorakılığı və məcburi nikah halları, uşaqların zərərli informasiyalardan qorunması kimi məsələlərə toxunub.
Cəmiyyətdə bu proseslərin qarşısının alınması istiqamətində səylərin daha da gücləndirilməsini, konkret proqram və layihələrin işlənilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda Komitənin bundan sonrakı fəaliyyətində beynəlxalq təşkilatlarla, parlamentlərarası qruplarla, dövlət və QHT-lərlə, vətəndaşlarla, ailələrlə iş, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində koordinasiyanı gücləndirərək könüllü şəbəkəsinin yaradılmasının vacibliyi bildirib.
Qeyd edək ki, B.Muradova martın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Xatırladaq ki, B.Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirib.
B.Muradova 2000-2019-cu illərdə ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.
Allahşükür Paşazadə Vatikana gedir
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz