Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı

img

13-03-2020 [13:15]


Bakıda 3 nəfərə qarşı dələduzluq edilib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 29-dan martın 5-dək olan müddətdə paytaxt sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməkdə, habelə bir nəfərin 240 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Səlimzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA