Çində son gün ərzində 1318 xəstə sağalıb

img

12-03-2020 [09:38]


Son gün ərzində Çində 11 nəfər koronavirusun qurbanı olub, virusa daha 15 nəfər yoluxub.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 318 xəstə sağalıb.

Ölkədə virusa yoluxanların sayı 80 793 nəfərə çatıb. Qeyd edilir ki, onlardan 62 793 nəfəri sağalıb, 3 169 nəfər ölüb. Virusa yoluxanların 4 257 nəfərinin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA