Türkiyənin Azərbaycandakı səfirliyi müraciət yaydı - Koronavirusla bağlı türk tələbələrə xitab

img

10-03-2020 [13:15]


Türkiyənin Azərbaycandakı səfirliyi “Twitter”dəki səhifəsində koronavirusla bağlı açıqlama yayıb. 

Mia.az xəbər verir ki, məlumatda Azərbaycanda koronavirusla bağlı vəziyyətin səfirlik və baş konsulluq tərəfindən yaxından müşahidə edildiyi vurğullanıb:

 "Nazirlər Kabineti yanında operativ qərargah ölkədəki bütün təhsil ocaqlarında dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə tətilin müddətinin martın 10-dan 20-dək uzadıldığı, martın 20-26-nin Novruz bayramı ilə əlaqədar rəsmi tətil olduğuna görə təhsil ocaqlarında dərslərin faktiki martın 27-də başlayacağını açıqlayıb.

Azərbaycanda olan vətəndaşlarımızın bu mərhələdə Türkiyə və Azərbaycan Səhiyyə nazirliklərinin internet saytlarında koronavirusla əlaqədar verilən məlumatlara diqqətlə riayət etmələri məsləhətdir. Məsələ ilə əlaqədar səfirlik Azərbaycan qurumlarıyla təmasdadır. Koronavirusun Azərbaycandakı miqyasındakı dəyişikliklərə görə əlavə tədbirlərin görüləcəyi halda vətəndaşlarımız təcili olaraq məlumatlandırılacaqlar. Mövcud vəziyyət vətəndaşlarımıza hörmətlə elan edilir”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 11 nəfərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA