Aksiya fəalı Aysel Ələkbərzadə özünü binadan atıb - Vəziyyəti ağırdır + FOTO

img

10-03-2020 [11:51]


Bakıda "Qadına şiddətə son" şüarı ilə keçirilən aksiyanın fəallarından biri Aysel Ələkbərzadə özünü binadan atıb.

TƏBİB-dən Mia.az-a verilən məlumata görə, hadisə paytaxtın Yeni Yasamal ərazisində baş verib.

Məlumata görə, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib: "Bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-stabildir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır".

Qeyd edək ki, Bakıda 8 mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA