Koronavirusun yayıldığı ölkələrin sayı artır

img

10-03-2020 [10:53]


Mərkəzi Amerika ölkəsi olan Panamada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Bunu ölkənin Prezidenti Laurentino Kortiso “Twitter” səhifəsində yazıb.

Məlumata görə, yoluxan şəxs panamalı qadındır. O, daha öncə İspaniyanın paytaxtı Madridə səfər edib.

Qeyd edək ki, İspaniya koronavirusun ən çox yayıldığı 6-cı ölkədir. Orada virus daşıyıcılarının sayı 1 200 nəfərdən çoxdur. Ölənlərin sayı isə 30-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 458 çatıb. Bunların 64 100 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA