İSBAM rəhbərliyi bir qrup şəhid və qazi ailələrini ziyarət ediblər - FOTOLAR

img

08-03-2020 [16:58]


Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İSBAM rəhbərliyi və Qadınlar Şurası bir qrup şəhid və qazi ailələrində olublar.

Mia.az-a verilən məlumata görə, ailələrdə keçirilən görüşlərdə İSBAM Qadınlar Şurasının sədri Mətanət Musayeva çıxış edərək, onları bayram münasibəti ilə təbrik etmiş, şəhid və qazilərimizin vətən uğrunda göstərdiyi xidmətlərdən söz açmışdır.

Sonra " Dövlət və Qanun" qəzetinin baş redaktoru və İSBAM sədinin müşaviri Yasəmən Möhübbətqızı və BOYUKMİLLET.COM informasiya portalının redaktoru Sima Babayeva da öz təbriklərini edərək , dövlət və ictimaiyyət nümayəndələrinin şəhid və qazilərə qayğısının vətənpərvərkik ruhunun yüksəlməsinə təsir etdiyini qeyd etdilər. Bayram ziyarətində İSBAM sədri Samir Adgözəlli də iştirak etmişdir.

O, şəhid və qazi ailələrindəki xanımları təbrik edərək, dövlətin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.Daha sonra İSBAM Qadınlar Şurasının hazırladığı hədiyyələr və sovqatlar ailələrə təqdim edilmişdir. Ziyarət edilən şəhid anaları və qazi xanımları bu xoş təşəbbüsə görə ,İSBAM rəhbərliyinə və Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA