Azərbaycanda açlıq aksiyası keçirən məhbus ölüm ayağındadır - Prokurorluq və məhkəməyə etiraz
07-03-2020 [13:47]
Ötən il Prezident İlham Əliyev məhkəmə islahatlarının aparılması ilə bağlı fərman verdi və bu fərman çərçivəsində bir cox cəzalar dekriminallaşdırıldı.
Ancaq bəzi məhkəmə hakimləri ölkə başçısının fərmanına etinasız qalaraq, həbs olunan şəxslərə istədikləri kimi cəza verməkdə davam edirlər. Hakimlərin belə haqsız hökmlərindən əziyyət çəkən şəxslərdən biridə Əkbərovlar ailəsidir.
Mia.az-ın məlumatına görə, Çərkəz Əkbərov adlı şəxs “Yenisabah.az”a müraciət edərərək, 10 il həbs cəzasına məhkum edilən oğlu Alim Əkbərovun artıq 1 aydır ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində aclıq etdiyini bildirib:
“Oğlum Alim Əkbərov məhkəmə istintaqı zamanı ona qarşı qanun pozuntusuna yol verildiyini və barəsində çıxarılmış ittiham hökmünə etiraz etdiyindən aclıq aksiyasına başlayıb. Onunla yanaşı, mən də aclıq aksiyasına başlamışam. Fevral ayının 25-də cəzaçəkmə müəssisəsində oğlumun vəziyyəti pisləşdiyindən dərhal Penitensiar xidmətin Müalicə müəssisəsinə göndərilib və cərimə kamerasına (karsa) salınıb. Həyatı üçün çox təhlükə var, hətta Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən dəfələrlə mənə zəng edib deyiblər ki, “oğluna de ki, aclığı dayandırsın”.

Qeyd edim ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov haqsız yerə, heç bir günahı olmadığı və təqsirinin sübuta yetirilmədiyi halda əsassız olaraq oğlum Alim Əkbərovu 10 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə azadlıqdan məhrum etdi. Nə onun himayəsində azyaşlı övladının olması, nə də 2003-cü ildən psixiatrik xəstəxanada qeydiyyatda olmasını nəzərə aldı. Onunla birgə həbs olunan Süleymanov Anar Vəli oğluna 7 il 6 ay, Hüseynli Zəmanət Ədalət oğluna isə 3 il şərti cəza verdi. Oğlumun günahı olmaya-olmaya isə ona ən ağır cəzanı verildi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov da öz həmkarının çıxardığı hökmü qüvvədə saxladı. Mart ayının 11-də isə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Alimin işinə baxılacaq. Bir neçə gün öncə isə Ali Məhkəməinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun qəbulunda oldum. Mənə söz verdi ki, oğlunun işinə obyektiv baxılacaq”.
Şikayətçinin sözlərinə görə, oğlu Alim Əkbərov Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə həbs edilib: “Oğlumun heç bir günahı olmadığı halda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin müstəntiqləri Həsən İsmayılov, Elnur Vəliyev, Yusif Yusifovun saxta, qanunsuz yolla əldə etdikləri sənədlər əsasında onu dələduzluqda təqsirləndirərək cinayət işi başladılar. İstintaqda və məhkəmədə oğlumun ittiham olunduğu dələduzluq cinayəti üzrə zərərçəkmişlər və şahidlər onu tanımadığını, onunla hər hansı bir iş görmədiklərini bildiriblər”.
Evsiz-eşiksiz olan Çərkəz kişinin bir valideyn, bir vətəndaş kimi ölkəmizdə müraciət etmədiyi ünvan, döymədiyi qapı qalmayıb. Lakin səsinə cavab verən yoxdur, şikayətlərinə baxılmır, baxılanda isə hər hansı müsbət nəticəsi olmur: “Şikayətlərimiz oğlumuzun işinə ədalətsiz yanaşan, qanunsuz hökmlər, qərarlar qəbul edən məhkəmələrə göndərilir, onlar isə heç bir cavab vermir, heç bir tədbir görmürlər”.
Çərkəz Əkbərovun sözlərinə görə, cinayət işində zərərçəkən qismində tanınan “Gobustone” MMC, “Gilan” MMC və “Holcim Azərbaycan” ASC-nin nümayəndələrinin heç biri Alim Əkbərovu tanımır: “Nə ona tikinti materialları veriblər, nə onunla müqavilə bağlayıblar, nə də ondan şikayətçidilər. Ancaq onunla iş görən şəxs azadlıqda gəzə-gəzə mənim oğlumun həyatı şam kimi əriyir. Əgər onun başına hər hansı bir iş gəlsə, 2 yaşlı körpəsini kim saxlayacaq? Mən və həyat yoldaşım 2-ci qrup əlilik, təqaüdlə dolanırııq. Onun qalaq-qalaq xəstəlik kağızlarına hakim Fikrət Qəribov heç fikir vermədi. Alim Əkbərovun anlaqsız olması ilə bağlı psixiatrik dispanser qərar versə də hakim vəkilin təkrar vəsatətini təmin edib yoxlanmaq üçün 1 saylı Psixiatrik Xəstəxanaya göndərmədi”.

Alim Əkbərovun aclıq aksiyası keçirməsi ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqovun da münasibətini öyrəndik. M. Sadıqovun sözlərinə görə, Penitensiar xidmət hər hansı məhkumun aclıq aksiyası keçirməsi ilə bağlı açıqlama vermir.
Sonda onu da qeyd edək ki, Alim Əkbərovun cinayət işi elə ibtidai istintaqda olan zaman dərindən araşdırılmayıb, bəzi vəzifəli şəxslərin günahı olsa da istintaqa cəlb olunmayıb. Bu sıraya saxta sənəd verən bank işçiləri, notarius əməkdaşlarını da əlavə etmək olardı. Ancaq nədənsə həmin şəxslərin adı cinayət işinə nəinki təqsirləndirilən şəxs qismində, heç şahid kimi də düşməyib. İşə baxan hakimlər də bu faktların üstündən “keçiblər”. İnanaq ki, mart ayının 11-də Ali Məhkəmə obyektiv qərar çıxararaq cinayət işini Bakı Apellyasiya Məhkəməsinə qaytarılacaq.
Alim Əkbərovun cinayət işi ilə bağlı araşdırmalarımız davam edir.
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb