"Qəbul etməliyik ki, virus yayda da yayılmaq qabiliyyətini itirməyəcək" - Ümumdünya Səhiyyə Təşkilatından bədbin proqnoz

img

07-03-2020 [11:27]


“Koronavirus isti havada da yayıla bilər. Virusun yayadək yayılmasının dayanması az ehtimal edilir”.

CNBC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə səhəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə deyib.

“Biz qəbul etməliyik ki, virus yayda da yayılmaq qabiliyyətini itirməyəcək. Mövsümi qrip kimi koronavirusun da yayda yoxa çıxacağı iddiası əsassızdır. Biz ümid edirik ki, bu, baş verəcək. Bu, bizim üçün gözlənilməz uğur olardı, ancaq heç bir sübut olmadan indidən bununla bağlı fikir yürütmək istəmirik”, - direktor bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA