Koronavirus vaksininin sınaqlarına başlanıldı

img

07-03-2020 [10:30]


ABŞ Müdafiə Nazirliyi bəzi təlimləri təxirə salmaqla yanaşı, koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərə başlayıb.

“CNN Türk” xəbər verir ki, vaksinin tapılması istiqamətində araşdırmalar davam etdirilir. 

ABŞ Quru Qoşunları Komandanlığının Tibbi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ETTKİ) komandiri Maykl Telli vaksin üzərində işlərə başladıqlarını elan edib. O, potensial vaksinlərin ən qısa müddətdə insanlar üzərində sınaqdan keçiriləcəyini də bildirib.

Valter Rid adına Quru Qoşunları Araşdırma İnstitutu Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru doktor Kavyon Mocarrad isə sınaqların ilkin mərhələdə siçanlar üzərində təcrübədən keçirilməyə başlandığını vurğulayıb. O, ikinci mərhələdə təcrübələrin meymunlar daxil olmaqla insan anatomiyasına yaxın heyvanlarda keçiriləcəyini də diqqətə çatdırıb. 

Direktor sınaqların insanlar üzərində nə zaman həyata keçiriləcəyini açıqlamayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA