Universitetin departament direktoruna AzTV-də vəzifə verildi - FOTO

img

06-03-2020 [17:33]


"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

Bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb. O daha əvvəl uzun müddət "Lider" televiziyasında müxtəlif vəzifələrdə işləyib/Report.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR