TƏBİB koronavirusla bağlı video hazırladı - VİDEO

img

06-03-2020 [10:44]


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kliniki sağlam olan, lakin COVİD - 19 virus xəstəliyi yayılan ölkələrə səyahət edən şəxslər üçün tövsiyələr hazırlayıb.

Mia.az xəbər verir ki, video-çarx şəklində hazırlanan tövsiyələrdə qızdırma, öskürək, ürəkbulanma, nəfəs darlığının respirator xəstəlik əlamətləri olduğu qeyd olunub.

Bundan başqa, tövsiyələrdə COVİD-19 xəstəliyi rəsmi olaraq qeydə alınan ölkələrə səyahət edən şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulduğu yer alıb.

“Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Özünüzdə respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”, - TƏBİB-in tövsiyələrində vurğulanıb. 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA