Bakıda mənşəyi məlum olmayan 426 kq ət aşkarlanıb

img

06-03-2020 [10:11]


Bakıda mənşəyi məlum olmayan ət aşkarlanaraq müsadirə olunub.

Hadisə martın 4-də Nərimanov rayonun Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü E.Əliyevin “VAZ-2107” markalı avtomobilindən onun sərnişini, paytaxt sakini, 1999-cu il təvəllüdlü M.Babayevə məxsus mənşəyi məlum olmayan 426 kq ət aşkar olunaraq götürülüb.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA