SOCAR-dan maraq doğuran qərarla bağlı açıqlama: "İşçilərin evdən işləməsi kütləvi hal almayıb və..."
05-03-2020 [13:28]
"SOCAR işçilərinin evdən işləməsi kütləvi hal almayıb və bu, onların məzuniyyətə buraxılması demək deyil".
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, "SOCAR Tower"də işçilər açıq ofis - ümumi koridor (open plan office) prinsipi ilə çalışdığından qabaqlayıcı tədbirlər görülür: "İnsanların qapalı şəraitdə çoxlu sayda toplanmaması və yoluxma riskinin azaldılması məqsədi ilə toplantılar, təlimlər, görüşlər, riskli yerlərə ezamiyyətlər məhdudlaşdırılıb.
Eyni zamanda, işçilərimiz binaya həkim nəzarəti altında daxil olurlar. Həkimlər teplovizorlu hərarəti ölçən cihazla təmin olunublar. Burnu axan, hərarəti olan və ya riskli yerlərdən ezamiyyətdən qayıdan işçilərin evdən işləməsinə icazə verilmişdir. Onların evdən işləməsinə nəzarət birbaşa xətti rəhbərlərinə tapşırılmışdır. Yəni məsafədən də olsa, onlar əsas funksiyalarını və səmərəlilik göstəricilərini yerinə yetirməlidirlər. Bu dünyada qəbul olunmuş təcrübədir. İşçilər kompüter vasitəsilə evdən işləyə bilir və öhdələrinə düşən funksiyaları icra edirlər. Biz də elektron sənəd dövriyyəsi sisteminin şirkətimizdə tam tətbiq olunduğunu nəzərə alaraq, ilk dəfə olaraq, lazım olduğu təqdirdə işçilərimizin bir qismi üçün bu imkanı yaratmışıq. Amma bugünkü məlumata görə, işçilərin hamısı iş yerlərindədir, çünki heç kim qaytarılmayıb”.
SOCAR rəsmisi bildirib ki, beləliklə, şirkət işini normal rejimdə davam etdirir: “Bu tədbirlərin təsirindən istehsal göstəricilərində hər hansı dəyişkənlik gözlənilmir.”
Qeyd edək ki, SOCAR ilk dəfə Çində yayılmış koronavirus (SARS CoV - 2) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə beynəlxalq təcrübə əsasında qabaqlayıcı tədbirlər görməyə başladığı barədə martın 3-də məlumat yaymışdı/Report.
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR