Baş infeksionist: "Koronavirus elə də təhlükəli deyil, adi qrip ondan daha təhlükəlidir"
05-03-2020 [11:54]
"Koronavirus adi bir respirator virus infeksiyasının növüdür. Bu, gələcək illərdə, çox güman ki, mövsümi bir xəstəlik kimi gözlədiyimiz xəstəliklərdən biri olacaq. İndiyə qədər 4 növlə meydana gələn koronavirus insanlar arasında xəstəliklər törədib. Mövsümi respirator virus infeksiyalarının, təxminən, 9 faizə qədəri koronavirusun 4 növünün payına düşüb. Təbii ki, bu COVİD-19 da onların sıralarına qoşulacaq".
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
C.İsayevin sözlərinə görə, koronavirusla bağlı ölüm halları 3 faizdən yuxarı qalxmır. O, hazırda Çində koronavirusla xəstələnmə hallarının azaldığının, Çindən kənar ölkələrdə isə artdığının müşahidə olunduğunu bildirib.
Baş infeksionist vurğulayıb ki, koronavirus infeksiyası elə də təhlükəli deyil:
"Bu, hər hansı bir xroniki xəstəlik və ya immun sistemində çatışmazlıq olan insanlarda təhlükəli ola bilər. Belə olduğu halda isə təkcə koronavirus deyil, bizim bildiyimiz qrip də olsa həmin şəxsin sağlamlığında təhlükə yarada biləcək. Bir məsələni də qeyd edim ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Çünki ABŞ-da ötən il adi qripdən ölənlərin sayı 18 min olub".
C.İsayev qeyd edib ki, bundan əvvəl ölüm riski yüksək olan viruslar da olub:
"Koronavirusun bu günədək 4 növünə rast gəlinirdi, bunun da demək olar ki, ölüm faizi qeyd olunmurdu. COVİD 19 da əvvəlki növlərdən bir qədər fərqli formadadır, yəni ölüm vermə ehtimalı artıb. 2012-ci ildə isə koronavirusun yeni bir növü tapılmışdı. O da 2013-2015-ci illərdə yayılmışdı. Ümumilikdə, bu virusdan 1200-dək insan xəstələnmişdi. Buna Yaxın Şərq respirator sindromu deyirdilər. Onda ölüm faizi yüksək idi, 27-40 faiz arası dəyişirdi. Göründüyü kimi, o virus da keçib getdi. Bu gün isə çox nadir hallarda həmin virusla xəstələnmə halları müşahidə olunur. Bundan əlavə onun SARS virusu var idi ki, ona da ilk dəfə 2002-ci ildə rast gəlinmişdi. Ondan da 850-900 nəfər arası xəstələnmə halı olmuşdu və 10 faizə yaxın ölüm hadisəsi baş verdi. Bir sözlə, həmin viruslar ölüm riskinə görə COVİD 19-dan daha yüksək yerdədir".
Qeyd edək ki, bu günədək Azərbaycanda üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan ikisi Azərbaycan, biri isə Rusiya vətəndaşıdır/Report.
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR