Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb - FOTOLAR

img

04-03-2020 [14:53]


Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb.

Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, bir neçə saat ərzində avtovağzalda elektrik enerjisi kəsildiyi üçün biletlərin satışında problem yaşanıb, kassaların qarşısında növbə yaranıb.

BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova "Qafqazinfo"ya bildirib ki, elektrik enerjisinin verilməsində məhdudiyyət qısa vaxt çəkib:

"Deyildiyi kimi saatlar ərzində işıq sönməyib. Problem sadəcə 5-10 dəqiqə çəkib və həll olunub. Artıq kassalarda hər hansı problem yoxdur".

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektrik enerjisinin verilməsində yaşanmış problem Bakı-Sumqayıt yolunda aparılan təmirlə bağlı olub: "Yol buldozerlə qazılan zaman yeraltı xətlər zərər görüb. Problem aradan qaldırılıb".

Avtovağzalda işıqlar niyə sönüb? - FotolarAvtovağzalda işıqlar niyə sönüb? - Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA