İnfeksionist: "Viruslar dezinfeksiyaedici məhlullarla asanlıqla məhv ola bilir"
03-03-2020 [20:07]
“İş yerlərində uzun müddət hərarəti yüksək olan, tez-tez öskürən şəxslər xəstəxanaya yerləşdirilməli, həkim nəzarəti altında olmalıdırlar”.
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyib.
O bildirib ki, koronavirusun yuxarı tənəffüs yollarına düşməsinin qarşısını almaq üçün tez-tez bol maye qəbul etmək, ağzı maye ilə yaxalamaq lazımdır: “Viruslar həzm sisteminə düşdükdə insanlar daha ağır xəstəliyə düçar olur. Yaxşı olar ki, xəstələr çoxqatlı maskalarından istifadə etsinlər. Çünki bu maskalar virusları keçirmir. Asqırdıqda cib dəsmallarından istifadə etmək lazımdır. Əgər cib dəsmalınız yoxdursa, qolunuzu 90 dərəcə qatlayaraq qolun bükülən yeri ilə ağzı tutmaq lazımdır. Dezinfeksiyaedici məhlullardan istifadə önəmlidir. Virus daşıyıcıları olan yerlərdə səthlər 1-2 saatdan bir dezinfeksiyaedici məhsullarla silinməlidir. Viruslar dezinfeksiyaedici məhlullarla asanlıqla məhv ola bilir”.
İnfeksionistin sözlərinə görə, əgər yaxınlıqda virus daşıyıcısı yoxdursa, maska taxmağa ehtiyac qalmır: “Maskalar da fərqli olur. Birdəfəlik maskaları 2 saat müddətində taxmaq olar. Bir də filtrli maskalar var. Onların xüsusi nəfəslik yeri olur. Onlara filtrlər yerləşdirilir və bu filtrlərin müddəti 1-2 həftəlikdir. Müddəti bitdikdən sonra filtrləri dəyişərək yeniləri ilə əvəz edirlər. İş yerlərində, ailədə virus daşıyıcıları varsa, maska taxmaq mütləqdir”.
Atakişizadə qeyd edib ki, koronavirusa yoluxan şəxsin müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılıdır: “Koronavirusun 3 - yüngül, orta-ağır və ağır forması var. İnsanın koronavirusa yoluxması təsdiqlənsə, o, 14 gün müddətində virus əleyhinə dərman maddələri ilə yanaşı, patogenetik dərman vasitələri ilə müalicə olunur. Belə olduğu halda xəstə üçüncü həftədə tam sağalıb evə yazıla bilər. Bu, xəstəliyin orta-ağır formasıdır. Yüngül formada olan xəstələr isə daha qısa müddətdə nəzarətdə saxlanılır, əlamətlər keçdikdən sonra evə buraxılırlar. Ağırlaşma və ölüm ağır pnevmoniyanın inkişaf etməsidir. Şiddətli dövründə ağır pnevmoniya əlamətləri aşkarlanarsa, onda xəstə təcili hospitalizasiya olunmalı və pnevmoniyanın səbəbi müəyyənləşdirilməlidir ki, bu, tipik, yoxsa koronavirusa bağlı pnevmoniyadır. Spesifik müalicə başladıqdan sonra xəstənin yanında mütləq süni tənəffüs aparatı olmalıdır. Çünki xəstə hər an boğula bilər. Belə xəstələrin vəziyyəti ağırlaşdıqda dodaqları, dırnaqları göyərir, təngnəfəs olurlar və hava ala bilmirlər. Onlara oksigen yastıqları ilə hava verilməli, vəziyyəti ağırlaşdıqda isə süni tənəffüs aparatına qoşulmalıdırlar”.
APA
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR