Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı

img

03-03-2020 [14:47]


Cəbəllütariqdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Bu barədə Cəbəllütariq hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, koronavirus daşıyıcısı daha öncə Şimali İtaliyaya səfər edib. Virus daşıyıcısı ilə birgə onun yoldaşı da karantinə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 333-ə çatıb. Bunların 48 264 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR