XDMX nümayəndəsi: "Oğurluq və saxtalaşdırma halları 2017-ci ilə nisbətən artıb"
03-03-2020 [13:34]
"Oğurluq və saxtalaşdırma halları 2017-ci ildən fiziki səviyyəsinə nisbətən daha çox artıb. Eyni zamanda 2018-ci ilə qədər 137,5 milyon zərərverici nümunəsi aşkar idisə, 2019-cu ilin birinci yarısında bu rəqəm 24,55 milyona çatmışdı".
Bunu "Hökumət buludu" mövzusunda keçirilən tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, əksər zərərvericilər özü-özünə artanlardır:
"Müşahidə olunub ki, bu zərərvericilər polifarnik statusa malikdir. Yəni 93%-i öz-özünü dəyişmək tipi var. Yəni yoluxandan sonra əlavə koda çevrilir, yaxud əlavə kod yükləyir. Yəni hər bir mərhələdə onlar özlərini dəyişdirir. Bugünkü hücumların 78%-i "trust chain" (etibar zənciri) dayanan hücumlardır. "Trust chain" nədir? Siz bir çox şirkətlərdən xidmətlər alırsınız və bir çox hallarda həmin şirkətlərə yaxud qurumlara inam 100% olur. Amma praktika göstərir ki, bu əminlik 78% hallarda kiberhücumların məhz vendorlar tərəfindən deyil, məhz onlara olmuş hücumların müştərilərinə yansıması şəklində baş verir. Statistikaya əsasən, uğurlu kiberhücumların 50%-i "direct" (birbaşa), digər hissəsi isə "indirect" (dolayı yolla) həyata keçirilir. Hücumların 63%-i adi istifadəçi məlumatlarının ifşası nəticəsində baş verir. Bu loqin, şifrə yaxud hansısa məlumat ola bilər".
XDMX rəsmisi əlavə edib ki, kiberhücumlar vaxtı göndərilən yoluxma hallarının 37-38%-i "Microsoft Office" proqramlarına inyeksiya olunmuş sənədlər vasitəsi ilə həyata keçirilir:
"37% hallarda isə bu zərərvericilər .zip yaxud .jar tipli faylların içərisinə yerləşdirilmiş formada olur. Digər statistikaya görə isə, 14% hallarda isə zərərvericilər .pdf faylların içərisinə yüklənir. "Ransomware" hücumlarının 65%-i maillər vasitəsi ilə aldığımız linklər və ya əlavə fayllar vasitəsi ilə, 35% hallarda isə URL linklər vasitəsi ilə həyata keçirilir. Elektron poçt vasitəsi ilə aldığımız "fishing" hücumlarının 93%-nin "ransomware" virusu ilə əlaqəsi var. Hesablamalara görə, orta hesabla gün ərzində istifadəçilərə 6,4 mlrd saxta maillər göndərilir", - o bildirib.
Onun sözlərinə görə, son zamanlar hücumlar daha çox insanları hədəfə alıb: "Baş verən informasiya sızıntıların 91%-i "fishing" hücumlarının payına düşür. İnsanlar 97% hallarda bunun fərqinə varmır. 2020-ci ildə də "fishing" hücumları daha prioritet olaraq qalacaq. Son zamanlar bizim dövlət orqanları üçün yaratdığımız elektron poçtun "fishing" səhifəsi yaradılmışdı. Həmçinin "Azərpoçt" MMC-nin nüfuzından istifadə etməklə "fishing" hücumu yayılımışdı. Bundan əvvəl də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından da məlumat yayılmışdı. Belə hücumların qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır"./Report
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb