Qobustanda bir ailənin 5 üzvü zəhərləndi - Siçan dərmanından

img

03-03-2020 [10:11]


Qobustan rayonunda kütləvi zəhərlənmə olub.

Hadisə martın 2-si saat 18:30 radələrində baş verib.

Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA