"Mümkün qədər ev şəraitində olun" -  Bakıdakı karantin xəstəxanasının Baş direktorundan xəbərdarlıq

img

02-03-2020 [19:34]


"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır".

Mia.az xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib.

Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib:

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA